Cəlilabadda 3,3 maqnitudalı zəlzələ olub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 18:35-də Cəlilabad stansiyasından 20 km qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.