2 yaşlı uşaq binanın 5-ci mərtəbəsindən yıxılıb.
AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinin Tongxiang şəhərində baş verib. Yoldan keçən 31 yaşlı Şen Donq və yanındakı qadın 5-ci mərtəbədən yıxılan kiçik oğlanı görüb və dərhal binanın altına qaçaraq, onu tutmağa çalışıb.
Shen Dong Çin mətbuatına açıqlamasında "Düzü, təfərrüatları xatırlaya bilmirəm. Qollarım və ya bədənimin heç bir nahiyyəsində ağrı yoxdur. Ona əl uzatmaq sadəcə qeyri-iradi idi" - deyə, söyləyib. Donq bildirib ki, uşaq ilk olaraq 1-ci mərtəbədəki polad damın üzərinə düşüb və bununla da sağ qalıb.
Hadisədən sonra xəstəxanaya çatdırılan kiçik oğlanın səhhətinin yaxşı olduğu bildirilib.