Bakıda özəl klinikada ərəb turist öldü
27-07-2022, 09:20

Bakıda özəl klinikada ərəb turist ölüb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.

Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. /report.az/





up