Aynur Dadaşova küçədə xadimə ilə rəqs etdi - Video
23-07-2022, 12:09

Müğənni Aynur Dadaşovanın küçədə xadimə ilə rəqs etdiyi görüntüləri yayılıb. 

AZİNFORM.AZ xəbər verir ki, həmin video sosial şəbəkələrdə yer alıb. 

Belə ki, sənətçi türkiyəli həmkarı Davut Güloğlunun "Nurcanım"ın sədaları altında rəqs etdikdən sonra avtomobilinə minərək həmin ərazidən uzaqlaşıb. 

İfaçının əyləncəli görüntüləri bir çox sosial platformalarda yayılaraq müzakirələrə səbəb olub. İstifadəçilərin bəziləri Dadaşovanın bu addımını təqdirəlayiq hesab etsə də, onların böyük qismi sənətçinin hərəkətini səmimi qarşılamayıb.

 





up