Xalq artisti Brilliant Dadaşova bacısı müğənni Lalə Dadaşova ilə birlikdə görüntüsünü paylaşıb.
AZİNFORM.AZ xəbər verir ki, Dadaşova bağ evində lentə alınan görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Onlar birlikdə Lalə Dadaşovanın “Gələ bilmərəm mən” mahnısını ifa ediblər.
Brilliant paylaşımına “belə sözlər yalnız mahnılarda olsun, real həyatda olmasın” şərhini əlavə edib.
Sözügedən paylaşımı təqdim edirik: /oxu.az/