"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozda yanğın olub
4-07-2022, 10:10

Bakı şəhərinin Binəqədi rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozda yanğın olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, teplovozun kabinəsində oturacaq və taxta üzlük 1 m² sahədə yanıb. Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb





up