SON DƏQİQƏ!!! Dövlət binası yanır
27-06-2022, 18:42

Şamaxıda bələdiyyə binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən AZİNFORM.AZ-a məlumat verilib.

 Bildirilib ki, Şamaxı rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





up