Sumqayıtda "Qazel" markalı yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə, yük avtomobilinin salonu, banına çəkilən tent və yük yerinə yığılan karton, plastik taralar yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.