Sünnətdən qaçan oğlanı tutmaq üçün SƏFƏRBƏRLİK - VİDEO
28-06-2022, 17:02

Şanlıurfada yüzlərlə uşağın sünnət edildiyi kütləvi sünnət mərasimində bir uşaq sünnət olunmamaq üçün zaldan qaçıb. 

AZİNFORM.AZ-ın Türkiyə mediasına istinadla xəbərinə görə, gülüşə səbəb olan həmin anlar həvəskar mobil telefonun kamerasına əks olunarkən, onun yaxınları qaçan uşağı tutmaq üçün səfərbər olub.

Şanlıurfada xeyriyyəçi bir iş adamının hər il ənənəvi olaraq təşkil etdiyi kütləvi sünnət mərasimində bu il yüzlərlə uşaq sünnət edilib.

Sünnət növbəsi çatan bir uşağın zaldan qaçması mərasimdə rəngarəng anlara səhnə olub. Həmin anlar həvəskar mobil telefon kamerasına əks olunarkən, yaxınları sünnətdən qaçan oğlanı tutmaq üçün səfərbər olublar.

Həmin görüntüləri təqdim edirik:


AZİNFORM.AZ



up