Restoranda qadınları vəhşicəsinə döydülər - ANBAAN VİDEO
13-06-2022, 15:55

Çinin şimalındakı Tangşan şəhərində cümə günü restoranda dörd qadına hücum olunub.

AZİNFORM.AZ-ın məlumatına görə, qadınların vəhşicəsinə hücuma məruz qaldığını əks etdirən video ictimaiyyətin qəzəbinə səbəb olub.

Belə ki, bir kişi restorana daxil olaraq masada əyləşən qadınlara yaxınlaşıb və əlini onlardan birinin kürəyinə qoyub. Qadın isə bundan əsəbiləşərək onun biləyindən tutub və itələyib. Bunun qarşılığında kişi ona sillə vurur. Nəticədə ikisi arasında dəhşətli dava başlayır.

Baş verən hadisə ilə bağlı doqquz nəfər həbs edilib.

Təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntülərin sosial mediada yayımlanması səs-küyə səbəb olub.

Çində qadınların təhlükəsizliyi və hüquqları ilə bağlı müzakirələr aparılır, etirazlar edilir. /sonxeber.az/





up