Narkotik aludəçisi olan uşaqla bağlı Kəmalə Ağazadədən AÇIQLAMA
9-06-2022, 10:30

Xəbər verdiyimiz kimi, bu gün Yasamal rayon Cəfər Cabbarlı küçəsi, Nizami metrosu yaxınlığında azyaşlı uşaq ölümcül vəziyyətdə yerə uzanmışdı. Onun narkotik aludəçisi olduğu məlum olub.

Bununla bağlı AZİNFORM.AZ Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxlayaraq açıqlama alıb.

Kəmalə Ağazadə açıqlamasında vəziyyətdən xəbərdar olduğunu dedi:

“Bəli, bu indinin məsələsi deyil, biz dəfələrlə bu uşağı dövlət müəssisəsinə təhvil vermişik. Hər dəfə də uşaq qaçmağı bacarıb. Artıq bizim edə biləcəyimiz heç bir şey yoxdur. Biz hər dəfə təhvil veririk onlar da uşağı buraxırlar. Siz Səhiyyə Nazirliyinə mürəciət edin, onların borcudur ki, aparıb o uşağı müalicə etsinlər.”





up