DİGƏR XƏBƏRLƏR
Bu gün Yasamal rayon Cəfər Cabbarlı küçəsi, Nizami metrosu yaxınlığında azyaşlı uşaq ağır vəziyətdə idi. Əraziyə polis mühafizə orqanları toplaşmışdı.
AZİNFORM.AZ-ın əməkdaşı hadisə yerində olan polislərdən nə baş verdiyi haqqında məlumat alıb.
Verilən məlumata görə, həmin uşaq narkotik aludəçisi olub.
“Biz bu uşağı dəfələrlə sığınacaqlara təhvil vermişik. Buna baxmayaraq hər dəfə həmin sığınacaqlardan qaçmağı bacarıb. Dünən bu uşağın kiməsə ”mal" verməsi barədə məlumat almışdıq. Bu gün onu tutmağa çalışırdıq. Bizdən qaçdığına görə təngənəfəs olub, yerə yıxılıb".
Az sonra əraziyə təcili tibbi yardım maşını gəldi və həmin azyaşlını maşına qoyub apardılar.