Ordubadda qasırğa, xətlər sıradan çıxdı, evlərin damı uçdu — VİDEO
7-06-2022, 00:41

Bu gün Ordubadda qum fırtınasına bənzər qasırğa olub.

AZİNFORM.AZ xəbər verir ki, təbiət hadisəsi günorta saatlarında qeydə alınıb.

Bildirilib ki, hərəsində 5 dəqiqə olmaqla iki dəfə əsən güclü külək elektrik və rabitə xətlərini sıradan çıxarıb, evlərin damlarını uçurub, bir neçə ağacı aşırıb.

Yerli sakinlər bildiriblər ki, Ordubadda belə bir təbii hadisənin ilk dəfə şahidi olublar. /qafqazinfo/


AZİNFORM.AZ



up