Dünyanın qeyri-adi bitkiləri
2-06-2022, 03:31

Siz heç ağacdan çörək, konfet və s. kimi istifadə edildiyini bilirsinizmi?  Bəzi ekzotik ölkələrdə  bu məhsulları siz ağacdan da dərib istifadə edə bilərsiniz. 
 Onlar haqda maraqlanırsınızsa, buyurub oxuya bilərsiniz.  

1.  “Çörək ağacı” Çörək həyatımızın olmazsa olmazıdır. Okeniyada yetişən bu bitki “Çörək ağacı” adlanır. Daimetri 15 smdir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Meyvəsi tərəvəz kimi və bişirilərək istifadə olunur. “Çörək ağacı” adlı  bu ağacda  eyni vaxtda 800 meyvə görmək mümkündür.

2. “Pirojna ağacı” Okeaniya adalarının birində bitən bu  bitki  “Pirojna ağacı” adlanır. Bu ağacın budaqlarında sarımtıl meyvələri görmək  mümkündür. Meyvəsi isə sanki  Ekler pirojnasının dadını xatırladır.

3. “Sago palması”  Yeni Qvineyada rast gəlinən bu bitki “Sago palması” adlanır. Yerli sakinlər palmanın meyvəsindən nemət kimi istifadə etməklə yanaşı, ondan dadlı nazik fəsəli kimi şiriniyyatlar hazırlayırlar.

4. “Süd ağacı” Venesuelaya gələn hər kəs bu möcüzə ilə rastlaşır. “Süd ağacı” hesab olunan bu bitki sanki inək südünü xatırladır. Məhz buna görədə  bu ağac “Süd ağacı” adlanır.  Ağacın meyvəsi sanki şəkərlə bol olan krem dadır. Əgər siz ağacdan əldə edilən bu südü qaynatsanız  o zaman pendir dadı hiss edəcəksiniz.

5. “Kolbasa ağacı” Əgər sizin yolunuz  Madaqaskara düşərsə, iri budaqlara malik olan böyük qəhvəyi meyvələri olan ağaclara rast gələcəksiniz.  meyvələri zahirən kolbasaya bənzəyən bu ağacın meyvələrinin uzunluğu 50 sm  eni isə 10 smdir. Bu ağacın meyvəsi qızardılan zaman kolbasa qoxusu ətrafa yayılır. 

6. “Ketemf bitkisi” Qərbi Afrikada bitir. Bu bitkidə yetişən meyvələrin şirinliyi qəndin şirinliyindən 100 min dəfə çoxdur. Hətta meyvənin 10 qramını 1 ton suya qatsan, su şirin olacaq. Bitkinin tərkibində kalori demək olar ki yoxdur.

7. Bilimbi “Bilimbi” Svahili dilində xiyar ağacı hesab olunur. Meyvələri 13-15 santimetrdir və xiyar ilə eyni dada malikdir. 

8. “Nabat  ağacı”  Vətəni Yaponiya olan bu ağaca məhz bu ölkədə rast gəlinir. Bu ağacın meyvələrinin dadı  sanki kəmşirin kişmişə bənzəyir.   “Nabat ağacı” bəzən, kişmiş ağacı bəzən də konfet ağacı adlandırılır.  Bir ağacdan təxminən 35 kq nabat əldə olunur.

9. “Yağ palması” Vətəni Afrika, Qvineya körfəzi hesab olunur.  Ağacın meyvələrindən əldə olunan  şirə  gündəlik istifadə etdiyimiz  yağdan fərqlənmir.

10. “Kalir Kanda” Bu ağacın vətəni Hindistandır . Yerli dialektdə “Mədə Fırıldaqçısı” kimi tərcümə olunur.  Buna səbəb isə , bu ağacın yarpağından1-2 ədəd  qida kimi qəbul etsəniz bir neçə həftə boyunca özünüzü tox hiss edəcəksiniz.

AZİNFORM.AZ





up