İraqda qum fırtınası səbəbindən xəstəxanalara yerləşdirilənlərin sayı artıb
17-05-2022, 20:59

İraqda qum fırtınası səbəbindən 4 000 nəfər xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkə miqyasında 4000 nəfərin xəstəxanalara yerləşdirildiyi və hamısına lazımi tibbi yardım göstərildiyi bildirilib.

İraqda qum fırtınası səbəbindən minlərlə insan tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət edib.
Səhər saatlarında güclü qum fırtınası yenidən başlayıb. Güclü qum fırtınaları səbəbindən Bağdadın, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.


     AZİNFORM.AZ





up