Bakıda mikroavtobus qəzaya səbəb oldu, xəsarət alan var
24-05-2022, 11:11

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Hadisə 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, Aşur Eyvazov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla köməkçi yoldan əsas yola manevr etmək istəyərkən qəza törədib.

Belə ki, əsas yolda olan “Saipa” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə mikroavtobusa çırpıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilində olan sürücü müxtəlif bədən xəsarətləri alıb. 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


AZİNFORM.AZ





up