Xəzərdə ZƏLZƏLƏ OLUB
18-07-2023, 14:15

Xəzər dənizində zəlzələ olub. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.

Təkanların maqnitudası 3,5 bal, dərinliyi 63 km olub.





up