Lənkəran sakininin FACİƏLİ ÖLÜMÜ - Balıq tutmağa getmişdi... - FOTO
14-07-2023, 21:55

Lənkəranda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

AZİNFORM.AZ apa-ya istinadən bildirir ki, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. 1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev balıq tutmaq məqsədi ilə əlində olan qırmağı kanala atmaq istəyib. Bu zaman onun qırmağı yüksək gərginlikli elektrik xəttinə toxunub. Onu elektrik cərəyanı vurub və hadisə yerində ölüb.

Qeyd edək ki, kanalın yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir və elektrik xətlərinin yerlə məsafəsi azdır.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.






up