Motosiklet kuryerinin körpənin həyatını təhlükəyə atdığı ŞOK GÖRÜNTÜLƏR
1-07-2023, 13:52

İstanbulun D-100 şossesində motosiklet kuryerinin körpəni sinəsinə asaraq tıxacdan keçdiyi anlar başqa bir sürücünün mobil telefon kamerası ilə lentə alınıb. Mobil telefon görüntülərində motosiklet kuryerinin qucağında körpə olmasına baxmayaraq, zolaqları dəyişdirərək sürətlə irəlilədiyi görünür.

AZİNFORM.AZ bildirir ki, hadisə, səhər saatlarında D-100 şosesi Zümrütevler mövqeyində meydana gəlib.

İddiaya görə; 34 EBU 287 nömrə nişanlı motosiklet kuryeri kenqurudakı körpəni sinəsinə asaraq motosikletlə hərəkətə başlayıb. Bir müddət təhlükəsizlik zolağında gedən motosiklet kuryeri həmin vaxt başqa nəqliyyat vasitəsi ilə sürücünün mobil telefon kamerasına əks olunub. 

Görüntülərdə bir müddət təhlükəsizlik zolağında gedən kuryerin sıx trafikə məhəl qoymadan bir müddət sonra ikinci zolağa keçdiyi görünür.  

Dəbilqə taxan, lakin körpəyə dəbilqə taxmayan motosiklet kuryerinin körpənin həyatını təhlükəyə atdığı anlar hər saniyə mobil telefonun kamerasına əks olunur. Bir müddət belə yol gedən kuryer sonra gözdən itib.












up