"Balaca tabutda mavi ədyala bürünən körpə uyuyub"
27-11-2022, 19:19

"O, ağrı içində telefonunun fənərini yandırıb, oğlunu axtarmağa başlayıb, lakin çarpayıda olmadığını aşkar edib..."

"Balaca tabutda mavi ədyala bürünən körpə uyuyub...Ailənin dostları və qohumları gül dəstələri və uşaq oyuncaqları gətirib..."

2 günlük Seryojanın həlak olmasının təfərrüatları və ürək dağlayan şəkilləri...

Rusiya raketinin noyabrın 23-də Zaporojye vilayətindəki doğum evinə düşməsi nəticəsində 2 günlük körpənin faciəli ölüm tarixçəsini Amerikanın "Washington Post" qəzeti dərc edib. Yeni doğulmuş Seryoja Podlyanovlar ailəsində 4-cü övlad olacaqdı.

Körpə oğlanın anası Mariya Kamenetskya əri Vitali Podlyanov və üç övladı ilə Zaporojye vilayətinin Novosolone kəndində yaşayıb.

Qadın fevralın sonunda Rusiya qoşunlarının Ukraynaya hücumu başlananda hamilə olduğunu öyrənib. Cəbhə xəttinin bir saatlıq yol məsafəsində olmasına rəğmən, qadın doğma evini tərk etməyib.

Payızda rusiyalılar Zaporojye şəhəri və vilayətini qəddarcasına atəşə tutmağa başlayıb.

Noyabrın 20-də Volnyanskdakı xəstəxananın doğum şöbəsində Mariya oğlan uşağı dünyaya gətirib və ona Seryoja adı verilib.

"Mariya körpənin fotoşəklini ərinə göndərib. Körpənin gözləri bağlı olub, onun balaca başında ağ papaq olub. "Sənin oğlun var", - o, xəstəxana çarpayısından yazıb.

Lakin körpənin atasının heç vaxt onunla görüşmək imkanı olmayacaq", - "Washington Post" yazıb və Seryojanın həmin yeganə şəklini dərc edib.

Noyabrın 23-də, gecə təxminən saat 2-də Mariya körpəni yedizdirib yanındakı balaca çarpayıda yatızdırıb.

Bu məqamda xəstəxananın doğum şöbəsinə Rusiyanın raketi düşüb. Xəstəxananın divarları çöküb və Kamenetskaya körpəsi ilə birgə binanın dağıntılatı aıtında qalıb. Qadının çarpayısına da beton plitə düşüb.

Ağrı keçirməyinə rəğmən, qadın oğlunu axtarıb və nəhayət, onun əli körpənin balaca çarpayısına çatanda Seryojanın orada olmadığını aşkar edib.

Heç demə partlayış zamanı körpə çarpayıdan kənara atılıb. Mariya telefonu götürüb, fənərini yandırıb, ayaqyalın qırıntılar üzərində yeriməyə başlayıb.

Sonradan xilasedicilər onu otaqdan çıxarıb. O, oğlunu tapmaq üçün dua edib. Lakin Dövlət Fövqəladə Hallar Şurası onu əmin edib ki, körpə otaqda olmayıb, yalnız üzü yerə uzanılı vəziyyətdə oyuncaq var. "Bu, mənim oğlumdur!"- Mariya qışqırıb.

Tez bir zamanda körpənin dəfni təşkil edilib, çünki Mariya körpənin tabutunu evə aparıb ölmüş qardaşlarını göstərmək istəməyib.

"Dəfn günü uşaqlar evdə olub. Onlara demişik ki, qardaşınız evə gəlməyəcək, amma səbəbini izah etməmişik. Məzarlıqda tabutun ətrafında 15 nəfərədək adam toplaşıb. İçərisində mavi ədyala bürünən körpə uyuyub. Mariya və Vitalinin dostları və qohumları gül dəstələri və uşaq oyuncağı gətirib", - qəzet yazıb.

Baş Prokurorluğun məlumatına görə, Sergey müharibədə həlak olan ən balaca uşaqdır.

Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan 440 uşaq həlak olub, 851 uşaq yaralanıb.







up