Biləsuvarda eyni kənddə ikinci yol qəzası oldu
1-07-2023, 01:39

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtoqəza nəticəsində Biləsuvar rayon sakinləri, 1989-cu il təvəllüdlü R.Mehdiyeva, 1966-cı il təvəllüdlü İ.Məmmədov və Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü S.Əliyeva xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.






up