DİGƏR XƏBƏRLƏR
Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova tapılıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Lənkəran şəhərində olduğu müəyyən edilib və ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.