Evlənməsinin əleyhinə olan atasının həyatına son qoydu - ŞOK OLAYIN TƏFƏRRÜATI
15-05-2023, 12:25

Bursada evliliyinə qarşı çıxan atası Erkan Şirineli (45) öldürən Emirhan Şirinel (21) haqqında məhkəmə qərarı çıxarılıb.

AZİNFORM.AZ bildirir ki, hadisə ötən il martın 18-də Osmanqazi mahalı Çekirge Mahallesi, 2-ci Çamlı küçəsində baş verib. Sevgilisi ilə evlənmək istədiyini deyən Emirhan Şirinel buna qarşı çıxan atası Erkan Şirinellə mübahisə edib. Baş verən davada Emirhan Şirinel ov tüfəngi ilə atasını vuraraq öldürüb.

Polisə zəng edərək atasının intihar etdiyini deyən Emirhan Şirinel ziddiyyətli ifadələr verdikdən sonra saxlanılıb. Dindirilməsi zamanı cinayətini etiraf edən şübhəli gətirildiyi məhkəmə tərəfindən həbs edilib.

Məlumata görə, Emirhan Şirinel qərar iclasında hakim qarşısına çıxıb. İclasda şübhəli Erkan Şirinelin bacısı Füsun Şirinel və təqsirləndirilən şəxsin vəkili iştirak edib. Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin yaşadığı psixoloji pozğunluqlara görə cinayəti törətdiyini iddia edib. Vəkil bəraət hökmünün çıxarılmasını və azadlığa buraxılmasını istəyib. İclasda son söz istəyən Şirinel, "Ailəmə layiqli oğul ola bilmədim. Çavuş olmaq arzusunda idim. Bu da olmayacaq. Üzr istəyirəm, qərara hörmətlə yanaşıram,"  dedi.

Qeyd edək ki, məhkəmə təqsirləndirilən şəxsin “bədən və ruh cəhətdən özünü müdafiə edə bilməyən şəxsə qarşı qəsdən adam öldürmə” cinayətinə görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.

AZİNFORM.AZ





up