Azərbaycanda peşəkar idmançının qazinin çənəsini sındırması ilə bağlı DİN-dən AÇIQLAMA - ANBAAN VİDEO
6-05-2023, 22:48

Sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntülərlə bağlı araşdırma aparılır.

Bu barədə AZİNFORM.AZ-a DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

"Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir".




up