Dağıstanda baş verən oğurluq hadisəsi ölkə gündəminə çevrilib. Belə ki, polisə avtomobil oğrusunu tapmaqda kömək edən kişi cinayətkarın özü olduğunu öyrənib.
Qəribə hadisə Xasavyurtda baş verib.
Belə ki, yerli sakinlərdən biri avtomobilinin oğurlandığı barədə hüquq mühafizə orqanına müraciət edib. Polis əməkdaşları yerli sakinlərlə söhbət edəndə, vətəndaşlardan biri evinin qarşısında kamera olduğunu və polisə kömək üçün onu təqdim etmək istədiyini deyib. Görüntülərə baxanda isə nəinki polis, hətta özü də şoka düşüb. Çünki kadrlarda avtomobili özünün oğurladığı aydın şəkildə görünüb.
Sonradan məlum olub ki, kişi həmin gün sərxoş olub və elə həmin vaxt da maşını qaçırıb. Ancaq ayılanda bu barədə unudub.
Maşın artıq sahibinə qaytarılıb.