AZİNFORM.AZ xəbər verir ki, görüntülərdə təşkilat üzvlərinin ağır silahlarla küçələrdə avtomobillə hərəkət etməsi yer alıb.
Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 161 şübhəlidən 131-i tutularaq saxlanılıb. Barış Boyun komandasının yuxarıda qeyd olunan hərəkətləri pul qarşılığında həyata keçirdikləri, təşkilata yeni üzvlər cəlb etmək üçün sosial şəbəkələrdən fəal istifadə etdikləri, təşkilat üzvlərinin əvvəllər də müxtəlif cinayətlərdə, o cümlədən terrorda iştirak etdikləri öyrənilib.
Şübhəlilərin ünvanlarından 7 ədəd "Ak-47" avtomatı, 2 ədəd "Tompson" avtomatı, 72 ədəd sənədsiz tapança, 2 ədəd açarlıq tipli sui-qəsd tapançası, 6 ədəd ov tüfəngi, 2 ədəd polad jilet, təxminən 1 kiloqram narkotik vasitə götürülüb.
İstintaq davam edərkən sosial mediada fəal şəkildə yeni kadrlar toplayan və Barış Boyunlarına xidmət edən "Daltonlar" kimi tanınan qrup üzvlərinin paylaşdığı bəzi görüntülər sosial mediada ortaya çıxdı.
Kadrlarda axşam saatlarında lüks avtomobillərlə İstanbul küçələrində konvoyla hərəkət edən şübhəlilərin lyukdan çıxaraq əllərində uzun lüləli silahlarla pozalar verdikləri görünür. Bu görüntüləri sosial şəbəkədə canlı yayım açaraq ziddiyyət təşkil etdikləri şəxslərlə paylaşan şübhəlilərin onları qorxutduğu qeyd edilib.