Azərbaycanda yenə zəlzələ oldu
4-03-2023, 23:35

Azərbaycanda yenə zəlzələ olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar hiss olunmayıb.





up