Şəkidə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZİNFORM.AZ-a bildirilib ki, yerli vaxtla saat 00:07-də Şəki stansiyasından 7 kilometr qərbdə, Şəki şəhərində zəlzələ qeydə alınıb.
Yeraltı təkanların yerin 6 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Zəlzələ Şəki şəhərində 3 bala qədər hiss olunub.