Hatayda zəlzələdə dağılan binaları tikən şəxs - BEYNƏLXALQ AXTARIŞA VERİLİB
28-02-2023, 22:08

Türkiyədə “Rönesans Rezident”in xaricdəki tərəfdaşı Hüseyn Yalçın Coşqun beynəlxalq axtarışa verilib.

AZİNFORM.AZ Türkiyə KİV-inə istinadən bildirir ki, Hatay Prokurorluğu bu barədə müraciəti Ədliyyə Nazirliyinə çatdırıb.

Nazirlik Hüseyn Yalçın Coşqun barəsində axtarış elan edib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.






up