ŞOK HADİSƏ: Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO
23-02-2023, 19:00

Suriyada hər kəsi şoka salacaq hadisə yaşanıb.

AZİNFORM.AZ suriya mətbuatına istinadən xəbər verir ki, baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Ahmed al-Maghribinin hərəkətsiz qaldığı üçün öldüyü düşünülərək soyuq morqa aparılıb.

İki gün morqda qalan al-Maghribin daha sonra ailəsinə təhvil verilib. Onlar Ahmedi cəsəd torbasına qoyaraq dəfn etməyə aparıblar.

Məzarlığa çatanda al-Maghribin torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb.

Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib. Ahmed al-Maghribinin ürəyinin anidən dayandığı, sonra isə yenidən fəaliyyətini bərpa etdiyi iddia edilib.

Suriya mətbuatında yer alan məlumatlara əsasən, bu milyonda bir insanda rast gəlinən hadisədir./day.az/






up