Türkiyədən daha bir DƏHŞƏTLİ GÖRÜNTÜ - ANBAAN VİDEO
6-02-2023, 16:58

Kahramanmaraşda baş verən zəlzələ Mersində də hiss olunub. Türkiyənin 10 vilayətində dağıntılara səbəb olan 7,4 bal gücündə zəlzələ Mersində də güclü hiss olunub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Saat 04:17 radələrində Pazarcık rayonunda 7,4 bal gücündə  zəlzələ baş verib.

7 kilometr dərinlikdə baş verən zəlzələ bir çox şəhərlərdə hiss olunub. Zəlzələnin güclü hiss olunduğu vilayətlərdən biri də Mersin olub. Zəlzələ ilə təsirli olan yağışa baxmayaraq vətəndaşlar evlərindən küçələrə düşüb.

 Zəlzələ Mersin şəhər mərkəzi ilə yanaşı Tarsus, Erdemli, Mezitli, Silifke və Mut rayonlarında da güclü hiss olunub.

AZİNFORM.AZ





up