Türkiyədə zəlzələ baş verdi
23-12-2022, 22:51

AFAD, Kahramanmaraşın Pazarcık rayonunda 3,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, Kahramanmaraşın Pazarcık rayonunda saat 20:23-də 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin təxminən 7,89 kilometr dərinliyində baş verib.

Pazarcık rayonunda baş verən zəlzələ Kahramanmaraş şəhər mərkəzində də hiss olunub.





up