Azərbaycanda itlərin yeməyinə zəhər qatıldığı deyilir. Ortaya çıxan mənzərə isə insanların hiddətinə səbəb olub.
AZİNFORM.AZ xəbər verir ki, hadisənin Sumqayıtda baş verdiyi bildirilir.
Videonu lentə alan şəxs ağlayaraq söyləyib ki, itin balaları qəsdən zəhərləndirilib:
"Ana oturub balalarının yanında ağlayır. Görün necə ağlayır?! Bax, bunlar da can verir. Necə zəhərlədin? İndi sistem qoşacağıq, hər şey edəcəyik. Həkimlər gəlir. Sağ olsun, həkim bacımız da gəlib. İynə vurmuşuq..."