İtlər ən sadiq heyvanlardan hesab olunur. Yəqin, bir çoxları real hadisə əsasında 2009-cu ildə çəkilən "Haçiko, bir itin taleyi" filmini izləyib. İtin öz sahibinə bu qədər bağlana bilməsi insanı kövrəldir. Bəs itlərin də, insanlar kimi, küsə bildiyindən xəbəriniz var?
AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən maraqlı video yayılıb.
Belə ki, kadrlardan göründüyü kimi, Kuper ("Cooper") ləqəbli itin sahibləri ona balaca "qardaş" alıblar. Lakin bu vəziyyət iti sevindirmək əvəzinə, onun kefini pozub. Sahiblərindən küsən Kuper onlara tərəf baxmaq də istəməyib.
İzləyicilərin üzündə təbəssüm yaradan videonu təqdim edirik: