Azərbaycanda itkin düşmüş biznesmenin meyiti tapıldı
12-12-2022, 14:38

Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb. 

AZİNFORM.AZ xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb. 

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib. Onun özünü asaraq intihar etdiyi bildirilib. 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.  /qafqazinfo/





up