Cəbrayılda hərbçilər qəzaya düşüblər, ölən və xəsarət alanlar var
21-11-2022, 18:26

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüblər.

DSX-nin Mətbuat Xidmətindən AZİNFORM.AZ-a bildirilib ki, hadisə bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində baş verib.

Şükürbəyli kəndində xidmətə məxsus UAZ markalı avtomobil hərəkətdə olarkən "Shacman” markalı yük avtomobili onun hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.





up