Azərbaycanda DƏHŞƏT: "4 yaşlı uşaq..."
19-11-2022, 19:46

Şəkidə 4 yaşlı uşaq ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

AZİNFORM.AZ-ın məlumatına görə, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Səxavət oğlu Əlizadə bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 4 yaşlı Ö. Əlizadənin yaşadığı ünvanda mürəbbə bişirən qaynar tiyana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub. Hazırda xəstəxanada Ö. Əlizadəyə lazımi tibbi yardım göstərilir, ona bədənin 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Ö. Əlizadənin vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.





up