Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib
6-11-2022, 15:51

Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

Faktla bağlı araşdırma aparılır.





up