Gəncədə PARTLAYIŞ - Xəsarət alan var
5-11-2022, 10:29

Gəncədə evdə partlayış olub.

AZİNFORM.AZ-n məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü M.Ələkbərova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış baş verib.

Qadın bədəninin müxtəlif yerlərinin 1 və 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.





up