Heydər Əliyevin TARİXİ ÇIXIŞI – "İtirilmiş vətən torpaqları" - VİDEO
13-09-2022, 14:36

Ulu öndər Zəngəzurla bağlı tarixi faktları açıqlayıb.

 Bu, ümummilim lider Heydər Əliyevin Zəngəzur və Naxçıvanın bir hissəsinin Ermənistana verilməsi ilə bağlı tarixi çıxışından bir parçadır. Kadrlardan da görünür ki, ulu öndər çıxışda Heydər Əliyev işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edir və faktları açıqlayır. Tarixi faktlarla bağlı fikirlərini bizimlə bölüşən "Yeni Azrbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu bildirdi ki, o dövrdə Nüvəddi sakinləri Naxçıvana Heydər Əliyevin yanına gedərək ondan yardım istədilər. O dövrdə Naxçıvanı qorumaq üçün mübarizə aparan ümummilli lider buna baxmayaraq, Zəngilanın Vejnəli kəndinin yanında çadırlara yerləşdirilən nüvədililərə maddi, mənəvi yardımlar göstərir.

Bizi Naxçıvandan ayıran - dəmir yolu ilə 40-46 km məsafə, Ermənistanı İrana bağlayan məsafə - hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi. Xəritələrə baxsaq görərik ki, həm Naxçıvana daxil olan kəndlərin bir hissəsi , həm də o vaxtkı Cəbrayıl qəzası, yəni Zəngilanın bəzi kəndləri alınaraq Ermənistana qatılıb. Beləliklə 10 km-lik məsafə 46 kim olub.

Bu faktlar isə onu göstəririr ki, Azərbaycanın tarixi torpaqlarının bir hissəsinin qoparılaraq Ermənistana verilməsi hələ o dövrddə ümummili lider dəfələrlər gündəmə gətirmişdir.

Bu gün isə region üçün vacib kommumikasiya hesab olunan Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və region ölkələrə dividentlər qazandıracaq.

AZİNFORM.AZ  Heydər Əliyevin tarixi çıxışını təqdim edir:





up