Bir neçə gün bundan öncə adı həbs olunanların sırasında hallandırılan Dövlət Gömrük Komitəsinin sədr müavini gömrük general-mayoru İqbal Babayevə yüksək ad verilib
AZİNFORM.AZ xəbər verir ki, bu barədə İ.Babayev özü paylaşım edib və Ukraynadakı universitetdən sevindirici xəbər aldığını bildirib:
“Ukraynanın Gömrük işi və Maliyyə Universitetinin 2022-ci il iyun ayının Elmi Şurasının qərarı ilə Gömrük Universitetləri Assosiasiyasının prezidenti, Avstraliyanın Çarlz Sterta Universitetinin professoru Devid Viddovsona, Latviyanın keçmiş gömrük xidmətinin rəhbəri, Riqa Texniki Universitetinin Gömrük və Vergi kafedrasının müdiri, professor Ayvars Krastınışa və mənə Universitetin “Fəxri doktoru” adı verilib (//umsf.dp.ua/index.php/about/pochesni-doktory).
Mənim üçün bu adı daşımaq böyük şərəfdir.
Bu səbəbdən, Universitetin Elmi Şurasının bütün üzvlərinə və namizədliyimi irəli sürən hər kəsə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bütün bilik və təcrübəmi Azərbaycan ilə Ukrayna dostluğunun inkişafı və möhkəmləndirilməsi naminə səfərbər edəcəyəm. Yaşasın Azərbaycan-Ukrayna əbədi dostluğu!”.
Ukraynanın Gömrük işi və Maliyyə Dövlət Universiteti 1996-cı ildə keçmiş prezident L.Kuçmanın fərmanı ilə Dnepr şəhərində yaradılıb. Universitetdə gömrük sahəsində bakalavr, magistr pillələri ilə yanaşı, elmi işçilər hazırlanır. Universitetdə Avropa, Amerika, Afrika, Yaxın Şərq, Hindistan və MDB ölkələrindən tələbələr təhsil alırlar.