Milli Məclis buraxıldı - Növbədənkənar seçki keçiriləcək
27-06-2024, 12:55

Bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək. 

İclasda Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılacaq. 

Plenum iclası hakim Fərhad Abdullayevin sədrliyi ilə baş tutacaq.

Xatırladaq ki, parlament iyunun 21-də keçirilən plenar iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. 

Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin sorğusuna tərəflərin iştirakı ilə baxaraq qərar qəbul edib. Qərara əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilər təyin edilməsi qanunauyğun hesab edilib.





up