Son günlər ölkə ərazisində hava niyə isti keçir?
4-12-2023, 16:24

Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır. 

Onun sözlərin görə, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub.

Mülayim hava şəraiti dekabrın 5-dək davam edəcəyi bildirilib.





up