Deputat nasizmə görə həbs olundu
31-10-2023, 01:12

İfrat sağçı Almaniya üçün Alternativ Partiyasının deputatı Daniel Halemba qadağan olunmuş totalitar simvolları nümayiş etdirmək ittihamı ilə saxlanılıb.

AZİNFORM.AZ xəbər verir ki, prokurorluq rəsmisi Halembanın bazar ertəsi və ya çərşənbə axşamı günü məhkəməyə gətiriləcəyini bildirib.

Vurğulanıb ki, ittihamlar arasında "irqi zorakılığı təşviq etmək" də var.

Yeni seçilmiş 22 yaşlı deputat Daniel Halemba cümə axşamı Bavariya regional parlamentində öz yerini tutmalıdır.

Qeyd edək ki, reyd zamanı polislər onun evindən qadağan olunmuş simvollar tapıb. Almaniya konstitusiyası totalitar rejimlərin simvollarının nümayişini qadağan edir.

Prokurorluq sözçüsü Halembanın bazar ertəsi və ya çərşənbə axşamı günü məhkəməyə çıxarılacağını deyib. İttihamlara irqi zorakılığa təhrik də daxildir.





up