DİGƏR XƏBƏRLƏR
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.
AZİNFORM.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, vəzifəyə təyin edilən polkovnik İlqar Səfərov polkovnik-leytenant Ramil Səfərovun qardaşıdır
İlqar Səfərovun atası Sahib Səfərov Qaynarinfo-ya açıqlamasında oğlunun yeni təyinatını təsdiqləyib.
Qeyd edək ki, İlqar Səfərov 29.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.
https://azinform.az/gundem/23546-nazir-polkovniki-birinci-muavin-teyin-etdi.html
AZİNFORM.AZ