“Qarabağdan 100 min 417 nəfər ermənistan tərəfə keçib” – Paşinyanın sözçüsü
30-09-2023, 14:29

Ermənistan tərəfi Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra Qarabağdan 100 min 417 nəfərin bu ölkəyə keçdiyini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

Onun sözlərinə görə, həmçinin bu vaxtadək Həkəri körpüsündən Ermənistan tərəfə 21 min 043 avtomobil keçib.

Bağdasaryan bildirib ki, Qarabağdan gələnlərin 81 min 139 nəfəri artıq qeydiyyata alınıb. /yeniavaz.com/

 





up