Vardanyanın saxlanılma FOTOSUNDAKI DETALLAR DİQQƏT ÇƏKDİ
27-09-2023, 17:02

Ruben Vardanyanın saxlanmasını əks etdirən fotoda bir sıra nüanslar diqqət çəkib.

AZİNFORM.AZ müəyyən edib ki, onlardan biri hərbçilərimizdən birinin əlində olan qara parça və ya torbadır.

Belə ki, bu detal Qarabağdakı qondarma rejimin "dövlət naziri" olmuş Vardanyanın hansı şəkildə gətirildiyini göstərir. Onun başına torba keçirildiyi ehtimal olunur. Bunu Vardanyanın dağılmış "saç düzümü"ndən sezmək mümkündür. 

O torbanın yenidən Rubikin başına keçəcəyi də istisna deyil.

Bundan əlavə, arxada dayanan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı da diqqət çəkib - ”...XT 222” - xüsusi təyinatlı qüvvələrə aid olduğu ehtimal edilir. 

Fotoda maskalı şəxs də diqqət çəkən detallardandır və onun xüsusi təyinatlı hərbçi olduğu güman olunur.

/olke.az/





up