Xankəndində dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, hazırda erməni əsilli mülki şəxslərin böyük bir qrupu Xankəndini tərk edərək Ermənistana getmək istəyir.
Daxil olan müraciətləri nəzərə alaraq Azərbaycan tərəfi təhlükəsiz dəhliz də yaradıb. Lakin Xankəndinin daxilində qalan, qondarma rejimin “rəhbər”lərinin nəzarətində olan qanunsuz silahlı birləşmələr bu insanları girov və canlı qalxan kimi saxlayırlar. /bizim.media/