Britaniya səfirindən Ağdam-Xankəndi yolu ilə bağlı paylaşım
13-09-2023, 17:32

“Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşınının keçidini alqışlayırıq”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz “X” hesabındakı paylaşımında qeyd edib.

“Növbəti addım kimi, BQXK-nın Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”, - səfir əlavə edib.

AZİNFORM.AZ





up