“Paşinyanın “bağışlayın” deməsi çox şeyi dəyişərdi...”
6-09-2023, 11:07

“Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında barışıq mümkündür, lakin bu, əlbəttə, vaxt tələb edəcək”.

AZİNFORM.AZ xəbər verir ki, bunu “Arab News” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu prosesdə Ermənistan tərəfindən çox şey asılıdır.

“Ermənistanda olan məktəb dərsliklərini və kitablarını diqqətlə nəzərdən keçirmişəm. Orada hər şey qonşulara qarşı nifrətdən və ermənilərin müstəsna üstünlüyündən bəhs edir. Bu irqçi düşüncə tərzi hələ də Ermənistan ədəbiyyatında, mediasında və s.də üstünlük təşkil edir”, - deyə Hacıyev əlavə edib. 

O qeyd edib ki, Ermənistan Baş nazirinin hökumət və xalqı adından “bağışlayın” deməsi çox şeyi dəyişərdi.  /qafqazinfo.az/





up